Universiteti “partlatmaq istəyən” tələbə tutuldu

09:27 | 18.12.2013
Universiteti “partlatmaq istəyən” tələbə tutuldu

Universiteti “partlatmaq istəyən” tələbə tutuldu

Eldo Kimi 5 il həbs cəzası, ya da 250 min dollar cərimə ödəməklə 3 il həbs gözləyirABŞ polisi Harvard universitetinə bomba ilə bağlı “məktub yazan” tələbəni yaxalayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı CBS telekanalı yayıb.Mənbə bildirir ki, 20 yaşlı tələbə Eldo Kim elektron adres vasitəsilə yazıb ki, universitetin 4 korpusundan ikisinə bomba qoyulub. “Tələsin. Bombalar tezliklə partlayacaq”, - deyə Kim yazıb. Yalançı “məktub”a görə Eldo Kimi 5 il həbs cəzası, ya da 250 min dollar cərimə ödəməklə 3 il həbs gözləyir. Xatırladaq ki, həftənin 1-ci günü Harvard universitetinin bütün korpuslarından müəllim heyəti və tələbələr bomba həyəcanına görə təcili evakuasiya edilmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti