Uorlik: Əliyev və Sarkisyan 90 dəqiqə üzbəüz söhbət etdilər

11:44 | 18.02.2015
Uorlik: Əliyev və Sarkisyan 90 dəqiqə üzbəüz söhbət etdilər

Uorlik: Əliyev və Sarkisyan 90 dəqiqə üzbəüz söhbət etdilər

"Azərbaycan Prezidenti erməni həmkarı ilə görüşü hazırlamağı xahiş etdi”.

Biz cəbhə bölgəsində zorakılığın artmasından çox narahatıq. Ötən il 60 qurban qeydə alınıb. Bu ilin yanvarında isə 12. Əgər bu dinamika davam edərsə, qurbanların sayı ötənilki göstəriciləri ötəcək.

Bu ciddi məsələdir və biz zorakılığın artmasından narahatıq, çünki bu, sülh prosesi və dinc nizamlama istiqamətində iş imkanını pozur. Beləliklə, həmsədrlərin regiona gətirdikləri əsas ismarıclardan biri budur: gərginliyin azaldılması üçün nə etməliyik?

Oxu.Az xəbər verir ki, bu barədə Mediamaks-a müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Prezidentlərin 2013-cü ildə baş tutmuş Vyana görüşündən danışan Uorlik deyib ki, bu, onların uzun müddətdən sonra ilk görüşü idi.

"Əlbəttə, biz bu görüşdə nə baş verəcəyindən narahat idik, çünki liderlər xeyli vaxtdır görüşməmişdilər, bu vaxt ərzində gərginlik də, xeyli miqdarda ictimai ritorika da baş vermişdi. Lakin Vyana görüşü çox yaxşı keçdi. Prezidentlər 90 dəqiqə üzbəüzz söhbət etdilər. Görüşdən sonra onların bizə dediklərinə əsasən bilirik ki, onlar münaqişənin həlli üzrə ən mühüm məsələlərdən danışıblar. Onlar razılığa gəlməsələr də, məzmunlu danışıq aparmaları çox ruhlandırıcı idi”.

Vyanada onlar bir biri ilə çox düzgün idilər, deyə, Uorlik danışır:

"Görüşün əsas nəticəsi o idi ki, biz prezidentləri gələcək danışıqlar üçün masa arxasına qaytara bildik. Məlum olduğu kimi, sonradan prezident Vladimir Putin Soçidə prezidentlərlə görüşdü, daha sonra Dövlət katibi Con Kerri Uelsdə NATO samitində görüş keçirdi. Oktyabrda isə prezident Olland danışıqların genişləndirilməsi üçün Parisdə Ermənistan və Azərbaycan liderləri ilə görüşdü”.
Düşünürəm ki, onların bir-biri ilə danışa bilmələri yaxşı xəbərdir”.

Uorlikin sözlərinə görə, Paris görüşündə liderlər dialoqu davam etdirmək barədə razılığa gəldilər.

"Əslində onlar dedilər ki, dialoqu intensivləşdirəcəklər, lakin şərait dəyişdi. Cəbhədə gərginlik artdı, qurbanların sayı çoxaldı, helikopterlə bağlı faciə baş verdi. Bütün bunlar prezidentlərin yeni görüşünü çətinləşdirdi. Ona görə də, indi bizim məqsədlərimizdən biri onları danışıqlar masası arxasına qaytarmaq üçün imkanların axtarılmasıdır.

İlham Əliyevlə görüşü barədə danışan Ceyms Uorlik bəyan edib ki, Azərbaycan Prezidenti Sarkisyanla görüş ideyasını alqışlayır və həmsədrlərdən onu hazırlamağı xahiş edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM