Uşaq bağçaları məktəblərin nəzdində açılacaq

15:53 | 11.03.2014
Uşaq bağçaları məktəblərin nəzdində açılacaq

Uşaq bağçaları məktəblərin nəzdində açılacaq

Azərbaycan Təhsil Nazirliyi məktəbəqədər təhsilin inkişafı çərçivəsində ümumtəhsil məktəblərinin mövcud infrasrukturunu öyrənməyə başlayıb.Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov verib.Onun sözlərinə görə tədqiqatın məqsədi məktəbəqədər yaşda olan uşaqların məktəbə qədər bir il müddətində bağçaya getməyini təmin etməkdir.“Hal-hazırda məktəbəqədər birillik təhsili təmin etmək üçün, ümumtəhsil məktəblərinin infrastrukturunu öyrənirik. Son zamanlar bir çox məktəblər tikilir və təmir edilir və bu yeni bağçalar tikilmədən məktəbəqədər birillik təhsili təmin etməyə imkan yaradacaq. Hələ ki, bu təklif müzakirə mərhələsindədir”, - nazir bildirib.Onun sözlərinə görə, məktəbəqədər müəssisələrin yenidən Təhsil Nazirliyinə qaytarılması idarənin iqtidarında deyil.Azərbaycanda təhsilin inkişafının dövlət strategiyası təsdiq edilib. Bu strategiyada məktəbəqədər təhsilin inkişafı, əsasən də uşaq bağçalarının uşaqların sadəcə qaldığı yerdən tədris mərkəzlərinə çevrilməsi nəzərdə tutulur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM