Uşaq oğurlandı - Azərbaycanda

17:24 | 14.08.2014
Uşaq oğurlandı - Azərbaycanda

Uşaq oğurlandı - Azərbaycanda

Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM