Uşaqlar ağlayıb deyə onlara enerji içkisi verilib, bu sözləri anews.az-a açıqlamasında "Xocalı" futbol klubunun rəhbəri İlkin Hacıyev "instaqram" hesablarındakı kiçik yaşlı uşaqların enerji içki içməsinə münasibət bildirərkən deyib.
"Hadisə Qəbələdə şəhidlərin xatirəsinə həsr olunmuş turnir zamanı baş verib. Həmin turnirdə valideynlər də iştirak edib. İndiki uşaqlar ərköyn olduğu üçün yox demək olmur deyə, valideynlər onlara "Redbull" verib. Foto da həmin gün işçilərimiz tərəfindən yalnışlıqla səhifəmizdə "uşaqların qida rasionuna xüsusi önəm verilir" başlıqlı yazı ilə yerləşdirilib. Bizim "Xocalı" futbol klubunun heç bir şirkətlə əməkdaşlıq müqaviləsi yoxdur" - deyə klubun rəhbəri bildirib.
Bu gün "Xocalı" futbol klubunun "facebook" səhifəsində uşaqların "Redbull" içkisi ilə ""Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!”" başlıqlı fotosu paylaşılıb.
Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !