Uşaqlar daha çox atadan götürürlər

10:33 | 09.03.2015
Uşaqlar daha çox atadan götürürlər

Uşaqlar daha çox atadan götürürlər

Uşaqların genlərinin həm atadan, həm də anadan gəldiyi heç kimə sirr deyil. Ancaq tədqiqatlar göstərib ki, ata xətti ilə ötürülən dizo nuklein turşularının (DNT) miqdarı daha çoxdur. 

Milli.Az xəbər verir ki, ABŞ-ın Karolina ştatının alimlərinin apardıqları tədqiqatlar bunu deməyə əsas verir. 

Mütəxəssislər tədqiqatdan sonra əmin olublar ki, uşaqlar hər iki valideyndən eyni sayda gen alırlar. Yalnız cinsiyyət xromosomları istisnadır. Həmin gen nüsxələri fərqli intensivliklə işləyir. Bu səbəbdən də genlərin ekspressiyasını araşdırmağa çalışıblar. 

Mütəxəssislər üç qrup siçanı cütləşdirərək 10 bala alıblar. Bala siçanlar böyüyəndə alimlər onların bədənlərində genlərin ekspressiyasını araşdırıb. Tədqiqatçıları ana və ata genlərinin sayı da maraqlandırıb. Məlum olub ki, ata genləri 60% daha çox aktivlik göstərir. Misal üçün, heyvanların beyinləri atalarının beyinlərinə daha çox bənzəyib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM