Nazirlik Bakı Tikiş evi"nə məktəbli forması üçün müraciət etməyib - RƏSMİ AÇLQLAMA

17:30 | 10.09.2019
Nazirlik Bakı Tikiş evi

Nazirlik Bakı Tikiş evi"nə məktəbli forması üçün müraciət etməyib - RƏSMİ AÇLQLAMA

Bu günlərdə Təhsil Nazirliyinin Bakı Tikiş evinə 10 min məktəbli geyimi sifariş verməsi ilə bağlı məlumat yayılıb. 

Bakı Tikiş Evinin yaydığı məlumata əsasən, bu geyimlər ehtiyacı olan ailələrə, internat evlərinədə təhsil alan şagirdlərə pulsuz paylanılmaq üçün nəzərdə tutulub.

Bəs görəsən ehtiyacı olanlar kateqoriyasına kimlər daxildir? Onlar hansı kriteriyalara əsasən müəyyənləşdiriləcək? Şəhid və qazi ailələrinə, eyni zamanda, qaçqın və məcburi köçkün statusu almış ailələrə də pay düşəcəkmi? sualları ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu göndərdik. Sorğuya verilən cavabdan aydın oldu ki, nazirlik rəsmi olaraq Bakı Tikiş Evinə müraciət etməyib. 

Belə ki, Təhsil Nazirliyi sorğumuza cavabda,
 Bakı Tikiş evinə rəsmi müraciət edilmdiyini qeyd etdi.

"
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən Bakı Tikiş evinə rəsmi müraciət edilməyib", - deyə cavabda qeyd edilib.

Anews.az-a danışan Millət vəkili Musa Qasımlı isə deyir ki, ümunmiyyətlə vahid məktəbli geyimi ideyası çox müsbətdir.

Onun sözlərinə görə, hər il bu geyimlər kimsəsiz və sosial durumu yaxşı olmayan ailələrə pulsuz paylanılır.



"Vahid məktəbli geyimi ideyası çox müsbətdir. Məktəbədə şagirdlər bir-birlərindən geyimlərinə görə deyil, bilik səviyyələrinə görə fərqlənməlidirlər. Ehtiyacı olan, xüsusən kimsəsiz ailələrə bu geyimlər pulsuz paylanır. Bu işi Təhsil Nazirliyi həyata keçirir”, - deyə  Musa Qasımlı bildirib.

Təhsil eksperti İlham Əhmədov da düşünür ki, şagirlər arasında sosial bərabərliyi təmin etmək üçün vahid məktəbli geyimi şərtdir.

Ancaq onun fikrincə, müxtəlif regionların və məktəblərin də özlərinin fərqli vahid formaları ola bilər.



"Öncə ehtiyacı olan ailələrə pulsuz geyimlərin verilməsi ilə bağlı deyə bilərəm ki, yəqin ki, kriteryalar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müəyyən etdiyi aztəminatlı ailələrin kateqoriyalarına görə müəyyən ediləcək. Ümumilikdə isə, şagirlər arasında sosial bərabərliyi təmin etmək üçün vahid məktəbli geyimi şərtdir. Bu, ölkədə bir məktəbli forması olmaya da bilər, hər məktəbin və ya regionun özünün vahid məktəbli forması ola bilər. Bütün hallarda, vahid formaların olması, olmamasından yaxşıdır”, - deyə Təhsil eksperti İlham Əhmədov bildirib.

Qeyd edək ki, bu günlərdə "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov mətbuata açıqlamasında bildirib ki, Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq

Təhsil Nazirliyi isə, belə bir rəsmi müraciətin olmadığını bildirir.


Bakı Tikiş Evi vahid məktəbli geyiminin qiymətini də açıqlayıb:

Köynək - 8 manat,
Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,
Pencək – 25 manat
Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,
Jilet – 8 manat (aşağı siniflər üçün sifariş verilməyib. Böyük siniflər üçün bazada qaldığından valideyinlər sifariş verə bilərlər”.

Açıqlanan rəqəmləri nəzərə alsaq, belə çıxır ki, 1 şagirdə məktəbli forması almaq ayaqqabısız aşağı sinif şagirdinə 48 manat, yuxarı sinif şagirdinə isə  51 manata başa gələcək. Yuxarı sinif şagirdləri jilet də almaq istəsələr bunun qiyməti 8 manat olacaq.


Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti