Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

16:53 | 16.07.2014
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı AzNews.az-a o, özü verib. V.Əsədov bildirib ki, səhhətində yaranan nasazlıqla əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır: “Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”. Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib: “Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM