​Vasif Talıbovun oğlu deputat seçildi

10:22 | 12.11.2015
​Vasif Talıbovun oğlu deputat seçildi

​Vasif Talıbovun oğlu deputat seçildi

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə seçilən deputatalar arasında Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da var.

"Report"un xəbərinə görə, S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Ümumilikdə, deputatların sayı 45-dir.

S.Talıbov London Universitetində ali təhsil alıb. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının Şura üzvüdür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM