Vatsapa yeni funksiya gəlir

19:30 | 01.09.2024
Vatsapa yeni funksiya gəlir

Vatsapa yeni funksiya gəlir

Vatsap istifadəçiləri PİN kodu təyin edərək yeni mesajlardan "qoruna”​ biləcəklər.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Bu funksiya iOS-da əlavələrin funksiyalarını yoxlamaq üçün istifadə edilən "TestFlight” proqramı vasitəsilə aşkar edilib. Portal müəlliflərinin sözlərinə görə, vatsapın gələcək versiyasında istifadəçi arzuolunmaz mesajlardan özünü qorumaq üçün PİN kodu əlavə edə biləcək.

Yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün PİN kodu daxil etməli olacaqlar. Məhdudiyyət adları "əlaqə kitabı”nda olmayan istifadəçilərə şamil edilir.

Yeni funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür