Vəhabilərin Bakıda aksiya keçirmək xəbərinə rəsmi açıqlama

12:45 | 03.03.2014
Vəhabilərin Bakıda aksiya keçirmək xəbərinə rəsmi açıqlama

Vəhabilərin Bakıda aksiya keçirmək xəbərinə rəsmi açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən mətbuatda yayılan məscidlərdə “təmizləmələr”in başlandığı, sələfilər məscidlərdən uzaqlaşdırıldığı və sələfilərin Dini Komitə qarşısında aksiya keçirəcəkləri kimi məlumatlarla bağlı açıqlama verib. Komitənin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yayılan məlumatlar doğru deyil: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”, deyə Komitədən göndərilən məlumatda qeyd olunub.Xatırladaq ki, ötən gün Müşfiqabad məscidinin bağlanması zamanı Azərbaycanda olan vəhabilərin cihada çağırış etdikləri barədə məlumatlar yayılıb. Qeyd edək ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilib. Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, dini icma üzvləri keçirdikləri ümumi yığıncaqda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndəriblər.Dövlət Komitəsində məsələyə baxılaraq icmanın verdiyi qərar təsdiqlənib. Bundan sonra dini icmanın dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edilib. Hazırda məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM