Vəhşi heyvanlar 74 yaşlı kişini parçaladı - FACİƏ

15:34 | 30.06.2014
Vəhşi heyvanlar 74 yaşlı kişini parçaladı - FACİƏ

Vəhşi heyvanlar 74 yaşlı kişini parçaladı - FACİƏ

Onun ölümündən əvvəl, yaxud sonra hücuma məruz qalması məlum deyil 

Şamaxıda rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. Şamaxı Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, iyunun 16-da Muğanlı kənd sakini, 74 yaşlı Mustafayev Şahmurad Abdul oğlunun itkin düşməsi barədə müraciət daxil olub.

 

Ailə üzvləri bildiriblər ki, Ş.Mustafayev həmin gün evdən çıxıb və naməlum istiqamətə hərəkət edib. İyunun 29-da isə Ş.Mustafayevin vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti kənd yaxınlığındakı Söyüdlü adlanan taxıl sahəsində aşkarlanıb və dərhal da polisə xəbər verilib.

 

Hazırda 74 yaşlı kişinin ölüm səbəbi araşdırılır. Onun ölümündən əvvəl, yaxud sonra vəhşi heyvanların hücumuna məruz qalması məlum deyil.

 

Onu da qeyd edək ki, ailəsindən polisə verilən məlumatda 74 yaşlı kişinin psixi problemləri olduğu deyilir.

 

Araşdırmalar davam etdirilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM