Vergilər Nazirliyi ən çox borcu olan dövlət təşkilatının adını açıqladı

12:51 | 06.04.2016
Vergilər Nazirliyi ən çox borcu olan dövlət təşkilatının adını açıqladı

Vergilər Nazirliyi ən çox borcu olan dövlət təşkilatının adını açıqladı

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri Sahib Ələkbərov qurumda mühüm vəzifə daşıyan şəxslərlə bağlı mediada qərəzli məlumatların dərc olunduğunu deyib.

ANN.Az xəbər verir ki, bu gün Bakı şəhər Vergilər Departamentində keçirilən "Açıq Qapı Günü"ndə iştirak edən S.Ələkbərov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov barəsində KİV-də dərc olunan xəbərlərə münasibət bildirib: "Mətbuatda yazılar dərc olunur ki, guya Habil Məmmədov 6 faizdən artıq vergi yığır, özü də dollarla. Bunu yazan məsuliyyətsiz jurnalistdir. Doğru-düzgün olmayan bir məlumatı necə qələmə alırlar, bilmirəm". 

Sahib Ələkbərov daha sonra vergidən yayınma hallarına toxunub. O, əksər sahələrdə bu kimi halların yarandığını deyib: "Hətta elə sahələr var ki, bu dözülməzdir. Neft sahəsində isə şəffaqlıqdır. Keçən il 100 milyondan artıq vergi dövlət büdcəsinə daxil olub. Bunun da əsas səbəbi həmin sahədə mühasibət işinin təşkili və şəffaflığın təmin olunmasıdır. Ancaq ticarət, iaşə, tikinti sahəsində belə deyil. Bu sahədə isə vergidən yayınma halları çoxdur".

Vergilər nazirinin müavini sənət adamlarının, xüsusən də müğənnilərin vergidən yayındıqlarını dilə gətirib: "Müğənni var ki, toya 12-15 min manata gedir. Amma ilin sonunda 40-50 manat vergi ödədiyi ortaya çıxır. Niyə 300-400 manat maaş alan adi süpürgəçi qəpiyinə kimi vergi ödəyir, müğənnilərimiz isə yox. Sənət adamı niyə az vergi verməlidir? Xeyr ola?”

Sahib Ələkbərov ən çox borcu olan dövlət qurumunun adını açıqlayıb: "Azərenerji”nin bizə olan borcu azalıb. Hazırda isə ən çox borcu olan dövlət qurumu "AzərSu”dur. Onun borcu 1 milyard manatdır? Bundan əlavə hazırda  22 faizə yaxın dövlət mülkiyyətində olan təşkilatların bizə borcu var. Bu borclar elə də böyük, xüsusi çəkiyə malik deyil”.


Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb