Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

17:28 | 08.12.2013
Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1929-cu il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1929-cu il təvəllüdlü Rübabə Məmmədəli qızı Məmmədova hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində R.Məmmədovanın vəfat etdiyi məlum olunub.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM