Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb

13:21 | 24.02.2015
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb

Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq.

Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək. Lakin, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz.

Şirkət distribyuterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir.   

Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari prosseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır.

Bu gün ictimaiyyətdə Veysəloğlu şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.

Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, Veysəloğlu Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə Şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib.

Veysəloğlu Şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallar ilə rastlaşdıqda Şirkətdə yaradılmış qaynar xətt: 050 254 54 29 vasitəsilə əlaqə saxlayaraq məlumat versinlər.

ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM