• $
  • £

Vidadi Muradovun cinayət işinə xitam verilib

Vidadi Muradovun cinayət işinə xitam verilib
28.01.2022 10:24
"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Vidadi Muradov verilmiş maddələrlə təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyərək, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə mərhum Vidadi Muradovun vəkili Vüqar Babayev müdafiə çıxışı edib.

Vəkil təqsirləndirilən şəxsin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edib. Müdafiəçi qeyd edib ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız "Azərİlmə" və onun ətrafındakı qeyri yaşayış sahəsi və Həsən Əliyev küçəsindəki ev ona aiddir. Digər əmlakların bir hissəsi vəzifəni icra etməzdən əvvəlki dövrə digər hissəsi isə oğlu Aydın Muradova aiddir.

Prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

Muradov 2021-ci ilin noyabrın 5-də vəfat edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb
Cəmiyyət 17:48
Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Cəmiyyət 15:31
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb
Cəmiyyət 14:19
Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb
Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:26
Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var
Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Cəmiyyət 13:07
Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Cəmiyyət 12:33
Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Cəmiyyət 10:04
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var
Cəmiyyət 20:45
Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var
Ötən gün qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlanıb
Cəmiyyət 18:00
Ötən gün qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol