“Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

22:59 | 12.11.2015
“Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

“Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

"Seçki ilə bağlı şikayətlərin araşdırılması üçün arayışlar toplanmalıdır”.

"Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov bildirib.

O deyib ki, bu, beynəlxalq praktikada da var: "Bizim üçün də beynəlxalq ekspertlərin dedikləri əsasdır, nəinki yerli ekspertlərin. İnsanların məsələyə yanaşması öz şəxsi işləridir”.

M.Pənahov bildirib ki, seçki prosesində video-çəkiliş aparmağa şərait yaradılır: "Amma kimsə buna etiraz edirsə, çəkiliş aparmaq olmaz, bu, onun konstitusion hüququdur”

Qeyd edək ki, bəzi deputatlığa namizədliyi qeydə alınan şəxslər seçki məntəqələrində video-çəkilişlin sübut kimi qəbul olunmamasından şikayətləniblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM