VII çağırış parlament 11 siyasi partiya ilə təmsil olunacaq - Yenilənib

13:54 | 16.09.2024
VII çağırış parlament 11 siyasi partiya ilə təmsil olunacaq - Yenilənib

VII çağırış parlament 11 siyasi partiya ilə təmsil olunacaq - Yenilənib

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. 
 
13:21

VII çağırış Milli Məclisdə on bir siyasi partiyanın nümayəndəsi deputat kimi təmsil olunacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirilib. 
 
"Partiya təmsilçiləri olan 81 deputat var. Onlar ümumuilikdə 11 partiyanı təmsil edirlər", - sədr bildirib. 
 
Növbədənkənar parlament seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirakdan imtina edib. 
 
Seçkilərdən sonra Müsavat partiyası və bir neçə müxalif partiya seçkilərin şəffaf keçirilməməsini və nəticələrin doğru hesablanmasına ilə bağlı iradlarını bildiriblər. REAL partiyasının sədri İlqar Məmmədov istefa verdiyini açıqlayıb. 
 
Ümumilikdə növbədənkənar parlament seçkilərdində Yeni Azərbaycan Partiyası 68 nümayəndəsi ilə qalib gəlib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM