Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yüksək vəzifə verdi
 
                Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov general Yaşar Əliyevin oğluna yüksək vəzifə verib.
 
Anews.az-ın xəbərinə görə, nazirin əmri ilə polis kapitanı Tural Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin inspektoru vəzifəsindən azad edilərək Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili təyin olunub.
 
T.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi olmuş polis general-mayoru Yaşar Əliyevin oğludur.
 
Y.Əliyev bir neçə gün öncə nazirin əmri ilə vəzifəsindən azad olunub. Məlumata görə, Yaşar Əliyevə Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.
 
Onun oğlunun təyinatı isə Y.Əliyev DİN-dəki vəzifəsindən azad olunmadan öncə baş tutub.Qafqazinfo
www.anews.az
            
Oxşar xəbərlər                    
                
Oxşar xəbərlər                
                
Son xəbərlər             
        
Daha çox             