Övladı olmayan bakılı özünü yandırdı

15:40 | 28.01.2015
Övladı olmayan bakılı özünü yandırdı

Övladı olmayan bakılı özünü yandırdı

Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov uzun müddət övladının olmamasına görə özünə qəsd edib.

ANN.Az Milli.az-a istinadən xəbər verir ki, o, yaşadığı evin həyətində üzərinə ağ neft tökərək yandırıb. Çətinliklə söndürülən İ.Məmmədov xəstəxanaya çatdırılıb.

Nizami Rayon Prokurorluğundan bildirilib ki, İ.Məmmədovun bədəninin 65 faizi yanıb. Vəziyyəti ağır olduğundan dindirmək olmayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM