“Vur komandir, vur”: 1 il ötdü – VİDEO

17:41 | 12.11.2015
“Vur komandir, vur”: 1 il ötdü – VİDEO

“Vur komandir, vur”: 1 il ötdü – VİDEO

Bu gün, noyabrın 12-də Azərbaycanın işğal olunmuş Ağdam rayonunun səmasında düşmən Ermənistana məxsus Mi-24 helikopterinin vurulmasından bir il ötür.

Oxu.Az xəbər verir ki, Azərbaycanın mövqelərinə hücum etməyə çalışan erməni helikopterini ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu "İqla-S” daşınan zenit-raket kompleksindən açılan atəşlə məhv etmişdi.

Helikopterin yerə düşərək partlaması nəticəsində işğalçı erməni ordusu üç hərbçisini – mayor Sergey Saakyanı, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanı itirmişdi.  

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə İlkin Muradov göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM