“WhatsApp”a internet olmadan işləyən funksiya əlavə edilib

23:19 | 23.07.2024
“WhatsApp”a internet olmadan işləyən funksiya əlavə edilib

“WhatsApp”a internet olmadan işləyən funksiya əlavə edilib

"iPhone” üçün "WhatsApp”ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya əlavə olunub.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Yenilik "WhatsApp”ın iOS üçün 24.15.10.70 nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight”a yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər messencerin "Android” versiyası üçün də aşkar edilib.

Ehtimal olunur ki, yenilik qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək və foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcək.

Yenilik hələ inkişafın ilkin mərhələsindədir, ona görə də onun messencerdə görünmə tarixi açıqlanmayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM