“WhatsApp”a yeni funksiya əlavə olunacaq

21:15 | 26.08.2024
“WhatsApp”a yeni funksiya əlavə olunacaq

“WhatsApp”a yeni funksiya əlavə olunacaq

Məşhur mesajlaşma proqramı "WhatsApp”a tezliklə istifadəçilərə söhbət mövzularını fərdiləşdirməyə imkan verən yeni funksiya əlavə olunacaq.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.
 
"WhatsApp”ın iOS üçün beta versiyasında 12.24.10.77 nömrəsi altında müşahidə olunan yenilik söhbətlərin və fonların rəng sxemlərini dəyişməyə imkan verir.

İstifadəçilər gələn və gedən mesajların rənglərini fərdiləşdirə, həmçinin fərdi söhbət fonunu seçə biləcəklər.

Bundan əlavə, "WhatsApp”da əvvəlcədən quraşdırılmış 10 mövzu olacaq, onlardan sevimlilərini seçib quraşdırmaq imkanı yaradılacaq. Yeni fon quraşdırmadan əvvəl istifadəçilərə onu önizləmək imkanı veriləcək.

Nəşrin fikrincə, bu funksiya istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək, çünki o, müxtəlif çatlar arasında fərq qoymağı asanlaşdıracaq. İstifadəçilər şəxsi, iş və qrup söhbətlərini vizual olaraq ayıra biləcəklər.

Hazırda yenilik yalnız iOS-da "WhatsApp”ın beta versiyasının istifadəçiləri üçün əlçatandır. Bu funksiyanın "Android” və "iPhone” üçün stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür