"Whatsapp"da daha bir yenilik - Fotolar

16:49 | 10.12.2014

"Whatsapp"da daha bir yenilik - Fotolar

Dünyanın ən məşhur yazışma proqramı "Whatsapp” yeni funksiyalarını təqdim etməyə davam edir.

Artıq "Whatsapp”dakı yazışmalarınızın başqaları tərəfindən oxunmasından narahatsızsa həmin yazışmaları bağlaya bilərsiz.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Whatsapp Lock" proqramı vasitəsi ilə bunu etmək mümükündür.

Bu funksiya siz "Whatsapp"a hər dəfə girməzdən əvvəl sizdən şifrə istəyərək digər insanların yazışmalarınızı görməsinin qarşısını alacaq. Ancaq "Whatsapp”ın yenilikləri bununla bitmir. "Whatsapp” sizə sildiyiniz yazışmaları geri gətirmək imkanı da verir. Avtomotik olaraq yazışmaların ehtiyatlarını özündə saxlayan "Whatsapp" həmin yazışmaları yenidən yükləməyə şərait yaradır. Bunun üçün "Whatsapp"ı yenidən yükləmək kifayətdir. Bu zaman siz həmin yazışmaları yenidən yükləyə və ya imtina edə bilərsiz.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb