“Wi-Fi” sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirəcək

21:18 | 22.09.2016
“Wi-Fi” sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirəcək

“Wi-Fi” sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirəcək

Yaxın vaxtlarda "Wi-Fi” marşrutlayıcılar öz sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. 

Massaçusets Texnologiya İnstitutunun nəzdində Kompyuter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri tərəfindən ixtira edilmiş qurğu simsiz siqnalların köməyi ilə insanın emosional vəziyyətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, "EQ-Radio" adlı qurğu insanın nəbzini və nəfəsini ölçür və bu məlumatlar əsasında onun qəzəb, sevinc kimi hisslərini müəyyənləşdirir. Radio dalğalar qurğunun ürək döyüntüsü və nəfəsdə ən kiçik dəyişiklikləri qeydə almasına imkan verir. Toplanmış məlumatlar bir sıra alqoritmlər və kompyuter əməliyyatlarının köməyi ilə emal edilir, daha əvvəl toplanmış məlumatlarla müqayisə edilir və dörd kateqoriyadan (həzz, sevinc, qəzəb və ya qəm) birinə aid edilir.
 
"EQ-Radio" qurğusundan istifadə etmək üçün hər hansı datçik və ya əlavə qurğu geyməyə ehtiyac yoxdur. Cihaz "Wi-Fi"da olduğu kimi, eyni tezlikdən istifadə edir, amma 1000 dəfə daha az enerji sərf edir.










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM