• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici tələbə sayına görə lider olan ölkə

Xarici tələbə sayına görə lider olan ölkə
22.11.2014 09:22

Beynəlxalq Təhsil İnstitutunun açıqladığı yeni hesabatda deyilir ki, 2013-2014-cü illərdə Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin sayı 886.000-dir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 10 il əvvəllə müqayisədə isə xarici tələbələrin sayı ikiqat artıb. Bu rəqəm əsasən Çindən gələn tələbələr sayəsində artır.

Çinli tələbələrin sayının çoxaldığı bir vaxt, keçən ildən Küveytdən, Səudiyyə Ərəbistanından, Braziliyadan, hətta İrandan belə oxumağa gələn tələbələrin sayı artıb.

Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin 4 faizdən çoxu xarici tələbələrdir. Təhsil işçiləri xarici tələbələrin Amerikaya oxumağa gəlməsinin faydalı olduğunu və onların Birləşmiş Ştatlardakı təxminən 4 minə yaxın ali təhsil ocağına yerləşə biləcəklərini deyirlər.

Xarici tələbələrin eləcə də Birləşmiş Şrtatlar iqtisadiyyatına da müsbət təsiri olur. Dövlət katibinin təhsil üzrə yardımçısı Evan Rayan: “Bu il təhsil, mənzil və digər ödənişlər yerli və dövlət iqtisadiyyatına 27 milyard dollar gətirib.”

Birləşmiş Ştatlar Dövlət Departamenti və Təhsil Nazirliyi amerikalı tələbələrin xaricdə təhsil almalarına imkan yaradır. “Biz amerikalı tələbələrin xaricdə təhsil almaları və xarici dillər öyrənmələrinin Birləşmiş Ştatların rəqabət meydanında göstəricilərini yaxşılaşdıracağına inanırıq” - deyə, Evan Rayan bildirir.

2012 - 2013-cü illərdə 290,000 amerikalı tələbə Avropaya, əsasən də Britaniyaya oxumağa gedib. Lakin “Açıq Qapılar” adlanan son hesabat göstərir ki, hazırda Latın Amerikası ölkələri və Çinə oxumağa gedən tələbələrin də sayı artır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol