• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınların ən təhlükəli sözləri - SİYAHI

Qadınların ən təhlükəli sözləri - SİYAHI
21.11.2014 22:16
Biz insanlar qəzəbli olduğumuz zaman çox sözlər işlədirik. Lakin qadınların qəzəbli olduqları zaman dedikləri ifadələr heç də düşündüyünüz kimi sadə deyil. Bu xəbərimdən sonra artıq bir çox kişi biz qadınların sadə sözlər altında gizlətdiyimiz fikirlərdən xəbərdar olacaqlar. Onlar hansı sözlərdir? Buyurun, oxuyun və yararlanın.

“Yaxşı, sən deyəndi!" Bu ifadəni qadınlar, adətən, mübahisəni bitirmək üçün və sizin susmağınızı istədikləri üçün deyirlər.  

“Cəmi 5 dəqiqə”. Bu ifadəni qadınların dilində müxtəlif zamanlarda eşidə bilərsiniz. Cəmi iki nümünə ilə sizə izah etməyə çalışaq. Qadın harasa getmək üçün  hazırlaşmamışdan əvvəl sizə “cəmi 5 dəqiqə” dedisə, demək ən azı yarım saat gözləməli olacaqsınız. Yox əgər xanımınızın sevimli filmində anons verildisə və bu an sizə futbola çevirmək üçün “cəmi 5 dəqiqəlik” fürsət  verdisə, inanın mənə bu elə tam-tamına beş dəqiqə çəkəcək.   

“Heç nə olmayıb”. Baş verəcək tufandan öncəki sözlərdir. Ona görə diqqətli olun. Adətən, qadınların mübahisəsi “heç nə olmayıb”dan başlayır, “yaxşı, sən deyəndi” sözü ilə bitir.  

“Hə-ə davam elə”. Qadın bu kəlməni deyirsə, o demək deyil ki, sizə mübahisənizə davam etməyinizə icazə verir. Xeyir. Əslində çox qəzəbli olduğundandır. Belə ifadəni eşitsəniz, mübahisəni bitirin və  bir kəlmə də deməyin.  

Ağır, dərindən nəfəs aldı. Qadınların dərindən nəfəs ötürməsi kişilər tərəfindən çox zaman düzgün başa düşülmür. Əgər mübahisədən sonra qadın dərindən nəfəs alırsa, o deməkdir ki, sizə sərf etdiyi dəyərli zamanına heyifslənir.  

“Hər şey əladır”. Bu, kişinin qadından eşidə biləcəyi ən təhlükəli ifadədir.“Hər şey əladır” deyən qadın əslində düşünmək və sizi dediyiniz sözlərə peşman etmək üçün fasilə götürdüyünü ifadə edir.  

“Çox sağ ol”. Qadın əgər bu kəlməni dedisə, qarşılığında nə üçün çox sağol dediyini soruşmayın.  Yoxsa axmaq vəziyyətə düşərsiniz. Əvəzində sadəcə “dəyməz” deyin.   Yox əgər qadın cazibə ilə, sarkazm ilə sizə “çox sağ ol” deyirsə, əvəzində “nə etdim ki,” deyərək isti auraya rəng qata bilərsiniz. 

“Vacib deyil”. Qadından bu ifadəni eşitdinizsə, demək, sizi dünyanın ən ucqar nöqtəsinə “sürgün” edir.  

“Narahat olma, özüm edərəm”– daha bir təhlükəli ifadə. Kişi dəfələrlə xahiş edilmiş işləri görmürsə, (məsələn: zibil atmaq, ütünü təmir etmək, kitabı gətirmək və s.) o zaman qadınından “narahat olma, özüm edərəm.” kəlməsini eşidəcəklər. Bu heç də xoş hal deyil. Çünki qadın qəzəbli və əsəbi olacaqdır. Siz də “nə isə olub?” deyə sual verəndə cavabında 3-cü variantdakı ifadəni eşidəcəksiniz. (tabloid.az)

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol