• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Pamela Anderson Putinə müraciət etdi

Pamela Anderson Putinə müraciət etdi
19.12.2018 15:36
Amerikalı aktrisa Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Anderson Putini Primorsk sularında vəhşi orkaların və ağ delfinlərin ovunun qarşısını almağa çağırıb.

Oxu.Az xəbər verir ki, ingilis və rus dillərində olan müraciətin mətni aktrisanın şəxsi fondunun rəsmi səhifəsində dərc olunub.

"Mən hazırda Rusiyadan gələn xəbərləri diqqətlə izləyirəm, ümid edirəm ki, bu gözəl heyvanlar tezliklə "orka həbsxanasından” azad olacaq və bu qəddar biznes növü tarixə qovuşacaq”, - deyə müraciətdə deyilir.

Aktrisa Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanovla Kremldə keçən görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib. Aktrisanın sözlərinə görə, həmin şəxs amur bəbirlərinin populyasiyasının bərpasına böyük töhfələr verib. Yırtıcılardan birinə Pamela adının verilməsi aktrisaya çox xoş olub. 

Bundan başqa, Anderson İvanova müraciət edərək, Rusiyanın okean sularında dəniz qoruqlarının yaradılmasına kömək göstərməsini xahiş edib.

Xatırladaq ki, bundan əvvəl iyul ayında aktrisa amerikalıları rusofobiyada ittiham etmişdi.

"Rusofobiya bizdə artıq bir alətdir, onlarda isə "çeynənmiş” zarafata çevrilib. Rusiyaya səfərdə olanda məndən soruşurlar, "Görəsən, bu dəfə nə etmişik?”, - deyə aktrisa bildirmişdi.  

Ötən ilin dekabr ayında Pamela Anderson Kreml səfəri və Vladimir Putinlə keçirdiyi görüş haqda jurnalistləri məlumatlandırmışdı. Aktrisa rusiyalı dövlət başçısı ilə ekoloji problemləri müzakirə etdiyini və Moskvanı bu problemlərin həllində dünya liderinə çevrilməyə çağırdığını diqqətə çatdırmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Dünya 15:25
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Dünya 14:56
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol