• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Peskov: "Putinin mobil telefonu yoxdur" - Bəs "YotaPhone 2"

Peskov:
20.12.2018 13:57
"Rusiya Prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir. Bilirəm ki, onun cib telefonu yoxdur".

Anews.az teleqraf.com-a istinadıa xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov əlavə edib ki, prezident mətbuat katibi və yaxud köməkçiləri vasitəsilə istənilən ünvanla və yaxud hər kəslə rahat şəkildə rabitə əlaqəsi yarada bilir. Eyni zamanda Putin ünsiyyət qurmaq üçün daxili və dövlət telefonlarından istifadə edir.

Qeyd edək ki, bu ilin fevral ayında Kurçatov İnstitutunun Araşdırmalar Mərkəzinin rəhbəri Mixail Kovalçukla görüşü zamanı Vladimir Putin özü də smartfondan istifadə etmədiyini demişdi.

Söhbət əsnasında mərkəz rəhbəri bildirmişdi ki, bu gün hər kəs smartfondan istifadə edir. Putin isə "Sənin söylədiyin "hər kəsin smartfonu var" fikrilə qətiyyən razı deyiləm. Şəxsən mənim smartfonum yoxdur" – deyə etirazını ifadə etmişdi.

Lakin Rusiya prezidenti mobil telefondan nə üçün istifadə etmədiyini açıqlamamışdı.

Ancaq 2015-ci il dekabrın 15-də haberrus.com-un yaydığı xəbər isə Peskovun Putin haqqında dediyi fikirlərə kölgə salır.

Belə ki, sözügedən sayt Putinin işlətdiyi smartfonun Türkiyədə satışa çıxarıldığını, eyni zamanda mobil telefonun görüntüsü və texniki xüsusiyyətləri barədə kifayət qədər məlumat vermişdi.

Bildirilirdi ki, Putunun işlətdiyi Rusiya istehsalı olan "YotaPhone 2" markalı ağıllı cib telefonu özəl imkanlara malikdir.

Yeri gəlmişkən qeyd edək ki, mətbuatda Putinin internetdən də istifadə etmədiyi barədə məlumatlar yer alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Dünya 15:25
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Dünya 14:56
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol