• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Yeni tədris ilinə necə başlamaq olar? - Avropa təcrübəsi/VİDEO

Yeni tədris ilinə necə başlamaq olar? - Avropa təcrübəsi/VİDEO
03.09.2021 14:20
Pandemiya davam etsə də, Avropa İttifaqı ölkələrində yeni tədris ili başlayıb. Səbəb isə mövcud vəziyyətin keçən ilkindən fərqli olmasıdır. İndi  vətəndaşların 70%-i COVID-19 əleyhinə peyvənd edilib.12 yaşdan yuxarı uşaqlar üçün iki növ vaksin tətbiq etməyə icazə verilir. Lakin "Delta" variantının  çox yayıl bilməsi və daha yoluxucu ştammın yaranma ehtimalı narahatlıq yaradır. Avropa Təhsil İşçiləri Həmkarlar İttifaqının direktoru Süzan Floken sanitar-epidemioloji vəziyyətin dəyişməsi barədə müəllimləri məlumatlandırıb:

"Məktəblərdə sağlamlıq və təhlükəsizliyin qorunması ilə bağlı yeni tövsiyələr veririk.Müəllimlərə ,valideynlərə və uşaqlara dəqiq və operativ məlumat vermək vacibdir. Bizim təcrübəmiz göstərir ki, belə tədbirləri gecikdirmək olmaz. Elə olurdu ki, cümə və ya bazar günü axşam verdiyimiz qərar  bazar ertəsindən qüvvəyə minirdi".
 
Avropa İttifaqı ölkələrində vaksin ehtiyatı bol olsa da, müəllimlərin hamısı peyvənd olunmamışdı. Lakin Həmkarlar ittifaqı da peyvənd olunmağl məcburi hesab etmirdi. 

"Peyvənd həmişə könüllü olmalıdır. Biz onu zorla qəbul etdirməməliyik. Təhsil işçilərinin vaksin olunması isə vacibdir. Bu, böhran vəziyyətində mümkün deyildi. Həmin dövrdə məktəblərdə virusdan qorunmaq üçün şərait yox idi. Biz tələb edirdik ki, müəllimləri prioritet qrupa daxil edək, axı bu xalq peşəsidir".
 
Avropa İttifaqının məlumatına görə, 18 yaşdan kiçik uşaqların ən azı 12,1%  heç olmasa 1 doza vaksin olunmalıdır. Bu göstərici ölkələr üzrə dəyişir
Belçikada yeniyetmələrin 23,6%-dən çoxu ən azı bir doza vaksin alıb. Bolqarıstanda bu göstərici 0,5% - dən çox deyil.
 
Yazın əvvəlində Avropa Dərman Agentliyi 12 yaşdan yuxarı uşaqlara Pfizer/BioNTech vaksini və Moderna peyvəndinin vurulması barədə qərarı təsdiqlədi. Qısa müddətdə AB ölkələri gəncləri peyvəndləməyə başladı. Tətil müddətində sinif otaqları dezinfeksiya olunub, havalandırma təmin edilib. Bu, bir çox məktəblərin açılmasına kömək edəcək, lakin yeni dərs semestri əvvəlkindən asan olmayacaq.

"Şagirdlərin keçmədiyi dərslər yenidən tədris olunmalıdır ki, əvvəlki səviyyələrinə qayıda bilsinlər.Məktəb proqrammı mövcud vəziyyətə uyğunlaşdırılmalıdır. Müəllimlər şagirdlərin ayrı-ayrı fənlər üzrə bilik çatışmazlığını nəzərə almalıdırlar".

Yeni tədris ili pandemiyanın başlamasından sonrakı dövrə təsadüf edən ikinci tədris ilidir.

 
(euronews)
 
Tərcümə: Şafa Sultanzadə
HazırladıLəman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda zəlzələdə  ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB
Dünya 16:26
Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB
Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər
Dünya 11:43
Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər
İranda ərzaq qiymətlərinin bahalaşmasına görə  ETİRAZ
Dünya 17:02
İranda ərzaq qiymətlərinin bahalaşmasına görə ETİRAZ
Kramatorskda  ölənlərin sayı artıb - VİDEO
Dünya 18:45
Kramatorskda ölənlərin sayı artıb - VİDEO
Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər -  VİDEO
Dünya 18:43
Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər - VİDEO
Ukraynada azərbaycanlılar dəfn edilərkən himn səsləndirildi - VİDEO
Dünya 10:55
Ukraynada azərbaycanlılar dəfn edilərkən himn səsləndirildi - VİDEO
Oğlunu öz əlləri ilə basdıran ananın HEKAYƏSİ - VİDEO
Dünya 19:30
Oğlunu öz əlləri ilə basdıran ananın HEKAYƏSİ - VİDEO
Ukraynada döyüş meydanından yeni VİDEOlar
Dünya 14:36
Ukraynada döyüş meydanından yeni VİDEOlar
Mariupolda yerli əhali  ticarət mərkəzini qarət edir - VİDEO
Dünya 12:05
Mariupolda yerli əhali ticarət mərkəzini qarət edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol