• $
  • €
  • ₽
  • ₺
  • £

Bülənt Arınc: "Prezidentliyə namizədimiz Ərdoğan olacaq”

Bülənt Arınc: "Prezidentliyə namizədimiz Ərdoğan olacaq”
05.05.2014 09:00
 "Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyip Ərdoğan olduğunu bilir və buna inanırıq.Bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük uğurların sahibi olan  bir insanın artıq Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən Prezident olmasını hamımız arzu edirik”. APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu bu gün Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən deyib. Arınc bildirib ki, “media da, xalq da bilir ki, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək”: “Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur”.    Müxalifət partiyalarının üzvlərindən də səs alacaqlarını deyən B. Arınc bildirib ki, onun təxminlərinə görə, MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol