• $
  • €
  • ₽
  • ₺
  • £

Odessada 41 nəfər öldü - MATƏM ELAN OLUNDU

Odessada 41 nəfər öldü - MATƏM ELAN OLUNDU
03.05.2014 10:11
Mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 174 nəfər xəsarət alıb, şəhərdə üç günlük matəm elan olunub.APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, 77 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. “Tibb işçiləri hazırda gücləndirilmiş iş rejiminə keçərək şəhərin bütün xəstəxanalarında zərərçəkənlərə yardım göstərirlər”, - Odessa şəhər meriyasının yaydığı açıqlamada deyilir. Qeyd edək ki, son hadisələrlə bağlı Odessada 3 günlük matəm elan olunub. Matəm günləri şəhərdə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək. "RBK-Ukraynanın" xəbərinə görə, “Maydan” tərəfdarları dörd saatlıq küçə toqquşmalarından sonra Rusiya yönümlü rəqiblərinin qurduqları düşərgəyə od vurublar. Buna cavab olaraq ikincilər Həmkarlar İttifaqı Evini zəbt ediblər. Bundan sonra “Maydan”çılar  yandırıcı maye ilə dolu şüşə qabları binaya atmağa başlayıblar. Nəticədə onlarla insan özlərini pəncərədən ataraq və yaxud tüstüdən boğularaq ölüb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol