• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb - VİDEO

Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb - VİDEO
01.05.2014 12:30
Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb. APA-nın əldə etdiyi həmin video görüntülərdə azərbaycanlı döyüşçülərin əmiri kimi təqdim olunan “Muhammed” ləqəbli azərbaycanlı Suriya torpaqlarında islam dövləti yaratdıqlarını və bu dövlətin tərkibində cihadlarını davam etdirdiklərini bəyan edir: “Allah biz müsəlmanlara İraq və Şam torpaqlarında İslam dövləti və İslam ordusu qurmağı nəsib edib. Artıq bizim ordumuzun topları, tankları və hətta təyyarələri də var. Digər mücahidlər kimi biz azərbaycanlı döyüşçülər də İraq Şam İslam Dövlətinin nəzarətində olan Raqqa şəhərində məskunlaşmışıq. Burda bizim üçün hər bir şərait yaradılıb, övladlarımızın təhsil alması üçün mədrəsələr açılıb”. Daha sonra video görüntülərdə “Umeyr” ləqəbli azərbaycanlı döyüşçü çıxış edərək “İraq Şam İslam Dövləti” qruplaşması tərkibində vuruşanların xəvvarici təriqətinə mənsub olmadıqlarını qeyd edir: “Bizi savadsız müsəlmanlar bizi xəvvaricilərlə qarışdırırlar və Şam torpaqlarında cihad yoxdur deyirlər. Xəvvaricilər islamın düşmənləri ilə ittifaq quraraq bizə qarşı vuruşanlardır”. Video görüntülərdə azərbaycanlı döyüşçülərin sırasında azyaşlı uşaqların olduğu da görünür. Həmin uşaqların isə Suriyada vuruşan azərbaycanlıların övladları olduğu bildirilir. APA həmin video görüntüləri təqdim edir. Apa.az Xatırladaq ki, Suriyada vuruşan azərbaycanlıların əmiri “Musab Əl-Azəri” öldürüldükdən sonra onun yerinə yeni əmir “Muhammed” ləqəbli azərbaycanlı təyin olunub.Xəbərin videouna buradan baxa bilərsiniz: ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol