• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN: “3+3” platformasının ikinci iclasına hazırlıq gedir"

Rusiya XİN: “3+3” platformasının ikinci iclasına hazırlıq gedir"
25.04.2022 13:45
Cənubi Qafqaza dair "3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri görülür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Denis Qonçar bildirib.

"Hazırda "3+3” regional məşvərət platformunun ikinci iclasına hazırlıq işləri görülür. İclasın yeri və tarixi bildiriləcək. Əminəm ki, "3+3”ün açıqlanmış gündəliyi bütün iştirakçı ölkələrin razılığı ilə qapıların açıq qaldığı Gürcüstanın da mənafeyinə tam uyğundur”,- o deyib.

Cənubi Qafqaz ölkələri və qonşuları arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün "3+3” formatından hərtərəfli istifadə olunmasının düzgün olacağı qənaətində olduqlarını söyləyən Rusiya XİN rəsmisinin fikrincə, bu əməkdaşlıq formatı çərçivəsində birgə müzakirələr zamanı mövcud ziddiyyətlər kəskinləşmir, əksinə, qarşılıqlı etimadın artırılması üçün addımlar atılır.

Qonçar əməkdaşlığın başlıca istiqamətləri kimi ticarət, enerji, sənaye, yeni texnologiyalar, infrastruktur kimi sahələrdə qarşılıqlı faydalı layihələrin icrasını vurğulayıb.

"3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol