• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan: "Türklər düşmənimiz deyil amma..."

Sarkisyan: "Türklər düşmənimiz deyil amma..."
24.04.2014 10:32

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqrımının növbəti ildönümü münasibəti ilə yaydığı bəyanatına Ermənistan prezidenti Serj Sarkisyandan cavab gəlib.

ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan türklərlə düşmən olmadıqlarını deyib. O, bildirib ki, ermənilər türk xalqını düşmən olaraq görmürlər:“O zamanlar riskə gedərək ermənilərə kömək edən türkləri heç vaxt unutmayacağıq”. Qeyd edək ki, ötən gün Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı bəyanat yayımlayıb. Nazir qeyd edib ki, erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün xüsusi bir məna daşıyan 24 aprel, tarixi bir məsələ ilə bağlı düşüncələrini azad bir şəkildə paylaşılması üçün qiymətli bir fürsət təqdim edir: "Osmanlı İmperatorluğunun son illəri türk, kürd, ərəb, erməni və digər milyonlarla osmanlı vətəndaşı üçün ağrılarla dolu çətin bir dövr olduğu danılmazdır. Atalarımızın dediyi kimi "atəş düşdüyü yeri yandırar. Osmanlı İmperatorluğu vətəndaşı hər kəs kimi ermənilərin də o dövrdə yaşadıqları ağrıların xatirələrini xatırlamalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir".Bəyanatda qeyd edilir ki, "Bu günün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni münaqişələr yaratmaq qəbuledilməzdir. Bu həm də ortaq gələcəyimizin inşaası baxımından yararlı deyil. Zamanın ruhu, anlaşılmazlığa rəğmən danışa bilməyi, qarşındakını dinləyərək anlamağa çalışmağı, uzlaşma yollarını qiymətləndirməyi, hörmət və xoşniyyəti ucaltmağı gərəkdirir. Bu anlayışla biz Türkiyə Cumhuriyyəti olaraq 1915-ci il hadisələrinin elmi şəkildə araşdırılması üçün ortaq tarixi komissiya qurulmasına çağırış etmişik. Bu çağırış hələ də keçərlidir. Türk, erməni və beynəlxalq tarixçilərin işi 1915-ci il hadisələrinin aydınlaşdırılması və tarixin doğru anlaşılmasında önəmli bir rol oynayacaq".Baş nazir 1915-ci il hadisələri zamanı ölən ermənilərə görə başsağlığı verib. "20-ci əsrin başındakı şəraitlə bağlı olaraq ölən ermənilərin nəvələrinə başsağlığımızı çatdırırıq. Eyni dönəmdə bənzər şəraitlərdə həyatını itirən etik və dini kökündən asılı olmayaraq Osmanlı vətəndaşlarını da hörmət və rəhmətlə anırıq. ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol