• $
  • €
  • ₽
  • ₺
  • £

Yanukoviç ailəsinin oğurladığı pulun məbləği açıqlandı

Yanukoviç ailəsinin oğurladığı pulun məbləği açıqlandı
22.04.2014 11:41
Bu yaxınlarda məlum olub ki, Yanukoviçin “ailəsi” adlandırılan dəstə cinayətkar yollarla 9 milyard dollardan çox pul mənimsəyib və diktatorun devrilməsinə baxmayaraq, böyük miqdarda pul kütləsi yenə həmin “ailə”nin cibinə axır. 
Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, Yanukoviç Mejiqoryadan qaçarkən onun formalaşdırılmış köçmə planı olub. Söylənilənlərə görə, o özü ilə 4 yük maşını nağd pul aparıb. İndiki hakimiyyətin bəyan etdiyi rəqəmlər hər kəsi heyrətləndirir. Maliyyə monitorinqini aparanlar bəyan ediblər ki, oğurlanan məbləğ 77,2 milyard qrivnadır. Ukraynanın Milli Bankı, Daxili İşlər Nazirliyi və  Təhlükəsizlik Xidməti 14 çirkli pul yuyan bank aşkarlayıblar ki, burada yuyulan pulun miqdarı 140 milyard qrivna olub. Ekspertlər isə iddia edirlər ki, Yanukoviçin “ailəsi”nin ukraynalılardan oğurladığı pulun məbləği rəsmi elan olunandan ən azı iki dəfə çoxdur. Məlumatda qeyd edilir ki, eks-prezidentin imperiyasının strukturu İtaliya mafiyasını xatırladır. Don-bu Viktor Yanukoviçdir. Silahlı dəstələrdən təşkil olunan güc və hüquq-mühafizə blokuna Viktor Pşonka, Aleksandr Yakimoenko və Viktor Zaxarçenko rəhbərlik ediblər. Öz adamı Nazirlər Kabinetinə rəhbərlik edib, bu Nikolay Azarov olub. Onun öz adamları yenə vacib nazirliklərə rəhbərlik ediblər-gəlir və xərclər, səhiyyə, eləcə də Prezident Administrasiyası, gömrük və vergi sahələri də onların ciddi nəzarətində olub. Ümumukrayna inkişaf bankı Aleksandr Yanukoviçə məxsus olub. 
Yanukoviçin oğlu bu gün axtarışdadır. O, kömür sənayesi, tikinti və bank işləri ilə məşğul olub, MAKO adlı maliyyə-sənaye qrupu yaradıb. Bura 12 firma və 2 bank daxildir. 
ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol