• $
  • €
  • ₽
  • ₺
  • £

Füle: Avropa qitəsində sabitlik Aİ və Rusiyanın ümumi maraqlarındadır

Füle: Avropa qitəsində sabitlik Aİ və Rusiyanın ümumi maraqlarındadır
16.04.2014 23:59
Ukraynada kütləvi qan tökülməsinə qədər böyüyə biləcək böhran nə Rusiyanın, nə də Avropa İttifaqının maraqlarına xidmət edir. Bunu Aİ-nin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.Füle qeyd edib: "Avropa qitəsində nəzarətsiz mərhələyə keçə biləcək zorakılıqdan və qan tökülməsindən qaçmaq Rusiyanın da, Avropa İttifaqının da maraqlarındadır. Avropa qitəsində birlikdə ümumi sabitlik, çiçəklənmə və demokratikləşmə zonası yaratmaq bizim ümumi marağımızdadır". Bununla yanaşı Füle qeyd edib ki, "Ukraynada hadislərin inkişafı yaxın günlərdə Rusiyanın hansı seçimi etdiyini göstərəcək".Avropalı komissar bir daha Brüsselin Kiyevlə axıra qədər imzalanmamış Assosiasiya haqqında sazişin əsas hissəsini və azad ticarət zonası haqqında sazişi imzalamağa bir daha hazır olduğunu bildirib. Lakin o, dəqiq tarix göstərməyərək "yaxın zamanda mayda prezident seçkilərindən sonra" belə imkanın yaranacağını göstərib.Krımın Rusiyaya birləşdirilməsi mövzusuna toxunan Füle deyib ki, Avropa Komissiyası birləşmənin tanınmamasının "praktiki parametrləri üzərində" hələ yenicə çalışır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol