• $
  • €
  • ₽
  • ₺
  • £

Nəhayət ki, itmiş təyyarə tapıldı - FOTOLAR

Nəhayət ki, itmiş təyyarə tapıldı - FOTOLAR
16.04.2014 12:49
Britaniyadakı "Bluewater Recoveries" şirkətinin direktoru Devil Mernsin dediyinə görə, Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış Boeing 777-200 ER sərnişin təyyarəsinin qalıqları tapılıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazırda 8 ölkənin 17 gəmisi və 19 təyyarəsi Hind Okeanının cənubunda, 4500 m dərinlikdə olan təyyarə qalıqlarını aşkarlamaq üçün axtarışdadır. Təyyarənin "qara qutusu"nun siqnalları aydın və səlis alındığından axtarış bölgəsi kiçilib. Avstraliyanın baş naziri Toni Ebbott ötən həftə bildirmiqşdi ki, təyyarənin "qara qutu"sunun siqnalları araşdırılır. Onun sözlərinə görə, həmin siqnal Avstraliya Kral Hərbi-Hava Qüvvələrinin Orion P-3 təyyarəsinin sonarı vasitəsilə qeydə alınıb. Hazırda axtarışlar həmin zonadakı 1300 kvadrat kilometrlik bölgədə aparılır.Pert şəhərindəki 6PR radiostansiyası Twitter səhifəsində bildirmişdi ki, Boeing 77-200 ER sərnişin təyyarəsinin "qara qutu"sunun tapıldığına artıq şübhə qalmayıb. "Əslində düşünürəm ki, təyyarənin qalıqlarının olduğu yer dəqiqləşib. Malayziya və ya Avstraliyanın hakimiyyət dairələri bununla bağlı rəsmi açıqlama verməyib. Lakin biri məndən soruşsa ki, "Qalıqların aşkarlanması ilə əlimizdə texniki məlumatlar var?", cavabım "Bəli"dir", - D.Merns deyib.Onun sözlərinə görə, təyyarənin "qara qutusu"nun siqnallarının qeydə alındığını düşünür: "4 siqnal səsi qeydə alınıb. Çox yaxşı eşidiliblər. Okeanda başqa bu cür səslər ola bilməz". Devid Merns 2-ci Dünya müharibəsinə qatılmış Avstraliyanın Hərbi-Dəniz Qüvvələrinin 1941-ci ilin noyabrın 19-da Hind okeanında batmış "Sidney" adlı hərbi gəmisinin qalıqlarını 2008-ci ildə tapandan sonra məşhurlaşmışdı. Hazırda təyyarənin qalıqlarının olduğu bölgədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin "Bluefin-21" muxtar sualtı üzən qurğusundan da axtarışlarda istifadə olunur. Təyyarə qalıqlarının 4,5 km dərinlikdə olduğu deyilir. Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol