ABŞ bir neçə ölkədə öz konsulluqlarını bağlaya bilər
![ABŞ bir neçə ölkədə öz konsulluqlarını bağlaya bilər ABŞ bir neçə ölkədə öz konsulluqlarını bağlaya bilər](https://anews.az/photo/850x500/2025/02/12/1739347543_1738872706_1652274951_9aa52d31-c594-37df-9568-dafb6d2424b7_850.jpg)
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün dünya üzrə bir neçə konsulluğu bağlaya bilər. Bu barədə NBC məlumat yayıb.
Nəşr yazır ki, proses Sakit okean adaları , Kanada və Meksikadakı , eləcə də Avropadakı , xüsusilə Almaniya və Fransadakı konsulluqlara aiddir .
NBC qeyd edib ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib .
Yanvarın 20-də Trampın andiçmə mərasimindən dərhal sonra milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Bütövlükdə biznesmen dövlət xərclərini 2 trilyon dollar azaldacağını gözləyir.
Aytac