İran Tramp ilə danışıqlardan imtina edb
![İran Tramp ilə danışıqlardan imtina edb İran Tramp ilə danışıqlardan imtina edb](https://anews.az/photo/850x500/2025/02/12/1739356884_822313_src.jpg)
Tehran Vaşinqtonla danışıqlardan imtina edib. Buna səbəb prezident Donald Tramp administrasiyasının məsələni diplomatik yolla həll etməyə hazır olmamasıdır. Bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Möhacirani bildirib.
Bundan əvvəl Tramp İranla nüvə məsələsi üzrə razılaşmağı “onu yerlə bir etməkdən” daha yaxşı olduğunu bildirib.
"Danışıqlar müəyyən şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimal təzyiq siyasəti heç bir şəkildə danışıqlara kömək etmir. Biz qarşı tərəflə danışıqlara ‘yox’ deyirik, çünki onlar diplomatiya dilini anlamırlar. Dünya gördü ki, İranın səyləri nəticəsində Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalandı, lakin hər şey məhz onların birtərəfli çıxışı ilə başa çatdı”, – deyə Fatimə Möhacirani mətbuat konfransında bildirib. Onun sözlərini İran mediası yayıb.
Bundan əvvəl İranın müdafiə naziri Əziz Nasirzadə Donald Tramp administrasiyası ilə danışıqlar aparmağın mümkünsüz olduğunu bəyan edib.
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, “ABŞ prezidenti İran xalqına qarşı maksimal təzyiq siyasətinə qayıdıb”.
İran prezidenti Məsud Pəzeşkiyan isə bu həftə bildirib ki, Donald Tramp danışıqlara hazır olduğunu ifadə etsə də, "İrana qarşı yeni sərəncamlar imzalamağa davam edir”.
Beləliklə, ABŞ prezidenti İrana qarşı "maksimal təzyiq" siyasətinin bərpasına dair sərəncam imzalayıb. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi isə bəyan edib ki, "maksimal təzyiqə" cavab İranın "maksimal müqaviməti" olacaq.
N.Təbrizli
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)