Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.Bu barədə yerli G1 telekanalı məlumat verib.
Məlumata görə, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın ölüb.
Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 