• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Zelenski Ağ Evi erkən tərk edib - Video

Zelenski Ağ Evi erkən tərk edib - Video
28.02.2025 22:51

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.Bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.

***

Ukrayna lideri Zelenski ilə gərgin danışıqlardan sonra Tramp onun “sülhə hazır olmadığını” deyib.Bu barədə paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki yerləşdirilib.

“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.

İki ölkə prezidentləri arasında danışıqlar çəkişmə ilə yekunlaşıb.

Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.

“Tramp Zelenskini ABŞ-yə Ukraynanın qiymətli minerallarına çıxış imkanı verəcək və onu Amerika liderinin şərtləri ilə müharibənin diplomatik həllinə sövq edəcək razılaşma əldə etməyə məcbur etmək səylərini ortaya qoydu”, – nəşr yazıb.

***

Rusiyanın TASS informasiya agentliyinin müxbiri ABŞ və Ukrayna prezidentləri arasında Vaşinqtonda keçirilən görüşdən qovulub.Bu barədə “Reuters” məlumat yayıb.

Dövlət agentliyinin akkreditasiya olunmuş media qurumları siyahısında olmadığı vurğulanıb.

Reportyoru Oval kabinetdən Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib. Jurnalistin iki ölkə liderləri arasında görüşə buraxılması “səhv” adlandırılıb.

***

Ağ evdə danışıqlar zamanı Tramp və Zelenski arasında qarşıdurma yaşanıb.Bu barədə xarici KİV xəbər verib.

Söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.

“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, - Tramp qeyd edib.

 

***

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar.

Görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

***

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.Bu barədə "AFP" məlumat yayıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski bizə hörmətsizlik etdi - Tramp
Dünya 23:10
Zelenski bizə hörmətsizlik etdi - Tramp
Zelenski Ağ Evi erkən tərk edib - Video
Dünya 22:51
Zelenski Ağ Evi erkən tərk edib - Video
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib
Dünya 21:48
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib
Tramp ingilis dilinə dövlət dili statusu verəcək
Dünya 20:01
Tramp ingilis dilinə dövlət dili statusu verəcək
Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər
Dünya 16:05
Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər
Skyp mayda bağlanacaq
Dünya 15:23
Skyp mayda bağlanacaq
Pakistanda güclü partlayış baş verib, ölənlər var
Dünya 13:57
Pakistanda güclü partlayış baş verib, ölənlər var
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 10:52
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Dünya 23:57
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol