• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib

Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib
12.03.2025 10:15

Pakistan təhlükəsizlik qüvvələri “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib, 30-a yaxın ekstremisti öldürüb.

Bu barədə “Geo” telekanalı məlumat yayıb.

Təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, digər sərnişinlərin azad edilməsi ilə bağlı əməliyyatı davam etdirirlər. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Həmçinin bildirilib ki, azad edilmiş 17 girov "təcili tibbi yardım" göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İran sərhədləri yaxınlığındakı ucqar bir bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Təhlükəsizlik qurumlarındakı mənbələr iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanıstanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.

Martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
G7 xarici işlər nazirləri Ukraynada atəşkəs rejimini müzakirə edəcəklər
Dünya 14:17
G7 xarici işlər nazirləri Ukraynada atəşkəs rejimini müzakirə edəcəklər
İlon Mask siyasi təşkilata 100 milyon dollaryatıracaq
Dünya 14:15
İlon Mask siyasi təşkilata 100 milyon dollaryatıracaq
Tbilisi məhkəməsi Saakaşvilini doqquz il həbs cəzasına məhkum edib
Dünya 10:54
Tbilisi məhkəməsi Saakaşvilini doqquz il həbs cəzasına məhkum edib
Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib
Dünya 10:15
Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib
Tramp Zelenskini yenəlidən Ağ Evə dəvət edəcək
Dünya 00:05
Tramp Zelenskini yenəlidən Ağ Evə dəvət edəcək
Tramp: ABŞ və Rusiya Ukrayna ilə bağlı görüşlər keçirəcək
Dünya 23:57
Tramp: ABŞ və Rusiya Ukrayna ilə bağlı görüşlər keçirəcək
Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verib
Dünya 22:41
Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verib
Ermənistan BRİKS-də müşahidəçi olmaqda maraqlıdır
Dünya 22:21
Ermənistan BRİKS-də müşahidəçi olmaqda maraqlıdır
Rusiyada astrologiya və ezoterik xidmətlər qadağan edilə bilər
Dünya 22:18
Rusiyada astrologiya və ezoterik xidmətlər qadağan edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol