Yaponiya Türkiyə üçün viza rejimi tətbiq edə bilər

Türkiyə vətəndaşlarının vizasız gedə biləcəyi Yaponiya Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyə hazırlaşır. Bu barədə Yaponiyanın Forward nəşri yazıb.
Səbəb son illərdə qaçqınlarla bağlı problemlərin, müraciətlərin artması, Türkiyədən gələn mühacirlərlə bağlı insidentlərin artmasıdır.
Türkiyənin Yaponiyada sığınacaq üçün müraciət edən ilk on ölkə arasında olması və həmin ilk onluqda viza tələb etməyən yeganə ölkə olması viza siyasətinə yenidən baxılmasına səbəb olub.
Birinci mərhələdə Türkiyədən qısamüddətli səfərlər üçün sadə müraciətlə əldə edilə bilən “turizm vizası” nəzərdə tutulur, halbuki mövcud qaydalara əsasən, Türkiyə vətəndaşları Yaponiyaya 90 gün müddətinə vizasız daxil ola bilərlər.
Aytac
Son xəbərlər
Daha çox 