Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini daha üç ay uzadıb

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini daha üç il uzadıb. Bu barədə TASS məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yeni sanksiya 2028-ci il martın 17-nə qədər uzadılıb.
"Rusiyaya qarşı sanksiya qərarı martın 14-də qəbul edilib",- yazıda qeyd olunub.
Rusiya Mərkəzi Bankı da daxil olmaqla 400 təşkilat, 20 maliyyə qurumu, 37 media şirkəti və jurnalistə məhdudiyyətlər tətbiq edilib.
Aytac