AK G7 krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayırıb

Avropa Komissiyası (AK) Ukraynaya daha 1 milyard avro ayırıb.Bu barədə “RBK-Ukrayna” xəbər verir.
Vəsait G7-nin krediti çərçivəsində verilib və bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsait hesabına ödənilməlidir.
“Bu gün AK Ukraynaya Rusiyanın Avropa İttifaqındakı (Aİ) dondurulmuş dövlət aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək əlavə 1 milyard avroluq müstəsna makromaliyyə yardımı tranşı ayırıb. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Aİ-nin ən böyük donor rolunu gücləndirir”, - məlumatda bildirilib.
AK-dan qeyd edilib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Aİ ümumilikdə 140 milyard avroya yaxın yardım edib.