• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan gözlənilən açıqlama gəldi- Video

Ərdoğandan gözlənilən açıqlama gəldi- Video
20.03.2025 22:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində Əkrəm İmamoğlunun saxlanılmasından danışıb.

Ölkə başçısı bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkilləri ilə iftar məclisində çıxış edib.

Prezident müxalifətin məhkəmənin iddialarına cavab verə bilmədiyini deyib: “Onlar polisə hücum edəcək, hakimləri, prokurorları, məhkəmələri təhdid edəcək qədər azğınlaşıblar. Müxalifət partiyası CHP, media və digər strukturlarla diplom, korrupsiya və oğurluq məsələlərində məhkəmənin irəli sürdüyü iddialara heç vaxt cavab vermir.

Məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti asanlıqla aldatmağa çalışırlar. “Bu diplom alın təri ilə, qanunauyğun alınan sənəddir” deyirlərsə, bunu hüquqi arqumentlərlə müzakirə etmək olar. “Bələdiyyədə oğurluq, korrupsiya, ədalətsizlik, qəliz münasibətlər yoxdur” deyirlərsə, yenə hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma bunları etmirlər, edə bilmirlər. Bütün bunların və daha çoxunun doğru olduğunu ən yaxşı onlar bilirlər.

Onlar bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəməyə öz partiyaları veriblər. Görünən odur ki, timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyəti bağlı qapılar arxasında sevincdən sakit otura bilmir. CHP-nin problemləri ölkə və millət məsələsi deyil, öz qərargahındakı bir qisim həvəskarın məsələsidir. Şəxsən bizim partiya və müttəfiq olaraq müxalifətin şoularına ayırmağa vaxtımız yoxdur”.

Xatırladaq ki, martın 18-i İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Martın 19-u isə o, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.

İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.

Ərdoğanın çıxışını təqdim edirik

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol