"Bitcoin"in qiyməti ucuzlaşıb

Kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin şəkildə 7.55% ucu zlaşaraq 77 170 ABŞ dolları təşkil edib. Bu barədə “CoinMarketCap” platformasında qeyd olunub.
İlk beşlikdə olan XRP son sutkada 15.56%, BNB isə 7.29% ucuzlaşıb.
ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.
Bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.
Aytac
