Rusiya və Ukrayna danışıqlarının başlama vaxtı bəlli deyil - Yenilənib

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.Bu barədə TASS məlumat yayıb.
16:56
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş Dolmabahçe sarayında keçirilir.
Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.