Ərdoğan və Tramp NATO sammitində görüşüb

Haaqa şəhərində keçirilən NATO dövlət və hökumət başçılarının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Trampın səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəsi alqışladığını bildirib və onun davamlı olacağına ümid etdiyini vurğulayıb.
Türkiyə lideri həmçinin Qəzza zolağında humanitar fəlakətin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üçün sıx dialoqun əhəmiyyətini qeyd edib.
Tərəflər NATO-nun gücləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyətindən də danışıblar.
N.Təbrizli